Salahdan özünə və klubuna qarşı tənqidi PAYLAŞIM

Xəbərlər
25 Dekabr 2023 13:37
553
Salahdan özünə və klubuna qarşı tənqidi PAYLAŞIM

Misirli futbol ulduzu Məhəmməd Salah İngiltərə Premyer Liqasında ardıcıl 2 ev oyununda qələbə qazana bilməyən “Liverpul”la bağlı paylaşım edib.

İdman.biz xəbər verir ki, 31 yaşlı hücumçusu özü də başda olmaqla, “mersisaydlı”ların xal itirməsindən narazı olduğunu bildirib.

Onun sözlərinə görə, çempionluq yarışında artıq səhvlər bağışlanmaz olacaq: “Biz xal itirməyə davam edə bilmərik. Daha çox qələbə qazanmaqla mübarizəni davam etdirməliyik”.

Qeyd edək ki, dekabrın 23-də "Liverpul" Premyer Liqanın 18-ci turunda evdə "Arsenal"la heç-heçə oynayıb (1:1). Ondan 1 tur öncə isə "Mançester Yunayted"i məğlub edə bilməyib (0:0).

“Mersisaydlı”lar Premyer Liqada 39 xalla 2-ci pillədə qərarlaşıb və lider “Arsenal”dan 1 xal geri qalır.

İdman.biz