Türkiyə Superliqasının 18-ci turuna yekun vurulub.
İdman.biz xəbər verir ki, Renat Dadaşov turu məğlubiyyətlə başa vurub.
Azərbaycan yığmasının futbolçusunun çıxış etdiyi “Hatayspor” öz meydanında “Beşiktaş”a uduzub. Qarşılaşma İstanbul klubunun 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Renatın komandası ardıcıl 5-ci oyunda qələbə qazana bilməyib.
Qeyd edək ki, növbəti xal itkisindən sonra “Hatayspor” 13-cü pilləyə enib. Komanda 17 oyundan sonra 19 xal toplayıb. Qələbə qazanan "Beşiktaş" 29 xalla 5-ci pillədə qərarlaşıb.
Türkiyə Superliqası
18-ci tur
Alanyaspor – Samsunspor – 3:1
Kasımpaşa – Rizəspor – 2:2
Hatayspor – Beşiktaş – 1:2
Pendikspor – Ankaragücü – 1:1
İdman.biz