Arda Gülər “Real”dan ayrılır?

Xəbərlər
26 Dekabr 2023 14:15
327
Arda Gülər “Real”dan ayrılır?

Türkiyəli futbolçu Arda Gülər “Real”dan ayrıla bilər.

İdman.biz xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi İspaniyanın 3 klubunun radarına düşüb.

“Vilyarreal”, “Las Palmas” və “Selta” onu icarəyə götürmək istəyir.

Qeyd edək ki, yayda “Fənərbağça”dan Madrid “Real”ına transfer olunan Arda zədə səbəbi ilə İspaniyada debüt edə bilməyib. Onun gələn il yanvarın 3-də La Liqanın 19-cu turunda “Malyorka”ya qarşı matça meydana çıxacağı gözlənilir.

İdman.biz

Məqalədə: