Fatih Terim məşqçilik karyerasını bərpa edə bilər.
İdman.biz xəbər verir ki, 70 yaşlı türkiyəli mütəxəssis Yunanıstandan təklif alıb.
“Panatinaikos” Terimin xidmətində maraqlıdır. Tərəflərin artıq danışıqların son mərhələsində olduğu, hətta çalışdırıcının dekabrın 27-də müqaviləyə imza atmaq üçün Yunanıstana yollanacağı bildirilir.
Qeyd edək ki, Fatih Terimin son iş yeri “Qalatasaray” olub. O, 2 ildir işsizdir.
İdman.biz