“Real” Karlo Ançelotti ilə müqaviləni uzadıb

Xəbərlər
29 Dekabr 2023 16:48
242
“Real” Karlo Ançelotti ilə müqaviləni uzadıb

“Real” baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni yeniləyib.

İdman.biz klubun rəsmi saytına istinadən xəbər verir ki, “Kral klubu” italiyalı mütəxəssislə razılığı 2026-cı ilin iyun ayının 30-a kimi uzadılıb.

2013-2015-ci illərdə də Madrid təmsilçisini çalışdıran Ançelotti 2021-ci ildən indiyədək bu postdadır. Onun rəhbərliyi altında “Real” 2021/22 mövsümündə İspaniya çempionu olub, həmçinin iki dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, “Real” 18 oyundan sonra 45 xalla La Liqaya rəhbərlik edir.

İdman.biz