Türkiyə Futbol Federasiyası Superkubokun final matçı ilə bağlı açıqlama yayımlayıb.
İdman.biz xəbər verir ki, oyunun qarşıdakı tarixə təxirə salındığı bildirilib.
Açıqlama TFF, “Fənərbaxça” və “Qalatasaray” tərəfindən ortaq şəkildə verilib: “Cumhuriyyətimizin və Türkiyə Futbol Federasiyasının 100 illiyini ölkə xaricində qeyd etmək məqsədilə təşkil etdiyimiz, dekabrın 29-da saat 21:45-də oynanılması planlanan Superkubok matçı bəzi təşkilati çatışmazlıqlar üzündən qarşıdakı tarixə təxirə salınmışdır”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan “Qalatasaray” – “Fənərbaxça” qarşılaşması təşkilatçı ölkənin tələbləri üzündən təxirə salınıb. Hər iki klub meydana çıxmaqdan imtina edib.
İdman.biz