“Əl-İttihad”da Kərim Benzema qalmaqalı

Xəbərlər
30 Dekabr 2023 20:23
239
“Əl-İttihad”da Kərim Benzema qalmaqalı

Kərim Benzemanın “Əl-İttihad”ın düşərgəsini tərk etməsi xəbərləri yayılıb.

İdman.biz xəbər verir ki, fransalı futbolçu son 2 gündə komandanın məşqlərə qatılmayıb.

76 milyon izləyicisi olan Benzema sosial şəbəkə hesabını bağlayıb. Onun Səudiyyə Ərəbistanını tərk etməsi ilə bağlı məlumatlar paylaşılıb.

Hər şey Səudiyyə Ərəbistanı çempionatının son turunda “Əl-Nəsr”ə 2:5 hesablı məğlubiyyətdən sonra başlayıb. Oyundan sonra Benzema azarkeşlərin ciddi tənqidinə məruz qalıb. Komandanın baş məşqçisi Marselo Qalyardo baş verənlərlə bağlı açıqlama vermək istəməsə də, Benzemanın klub rəhbərliyinin icazəsi əsasında klubdan ayrıldığı bildirilib.

Qeyd edək ki, fransalı forvard “Əl-İttihad”ın heyətində 20 oyunda 12 qol və 5 ötürmə ilə yadda qalıb.

İdman.biz

Məqalədə: