"Çox ağır gündür. Məyusuq. Üç gün əvvəl "Vest Hem"lə oynadığımız qarşılaşmada qələbə qazanmalı idik".
İdman.biz xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Mikael Arteta İngiltərə Premyer Liqasında "Fulhem"ə 1:2 hesablı məğlubiyyətdən sonra deyib.
İspaniyalı mütəxəssis qarşılaşmadan sonra mövsümdə ən zəif oyunlarını keçirdiklərini bildirib: "Matçda üstünlük qura bilmədik. Mövsümdə ən zəif oyunumuzu keçirdik. Hücumda temp yüksək olmadı, müdafiədə səhvlərə yol verdik. Dekabrın 31-də Liqada 1-ci yerə yüksəlmək şansı var idi. İndi əhvalımız çox pisdir".
Qeyd edək ki, 20 oyundan sonra 40 toplayan "Arsenal" 4-cü pilləyə enib. Komanda 2 tur əvvəl lider mövqeyində qərarlaşmışdı.
İdman.biz