“Liverpul” “Real”a rəqib olub

Xəbərlər
1 Yanvar 2024 23:49
225
“Liverpul” “Real”a rəqib olub

“Liverpul” PSJ-nin futbolçusu Kilian Mbappeni transfer siyahısına daxil edib.

İdman.biz xəbər verir ki, “qırmızılar” fransalı hücumçu uğrunda “Real”la mübarizə aparacaqlar.

İngilis klubu Mbappeni Məhəmməd Salahın əvəzedicisi rolunda düşünür. Misirli hücumçunun “Liverpul”la müqavilə müddəti 2025-ci ildə bitəcək. Salahın Səudiyyə Ərəbistanından mümkün keçidini nəzərə alan klub rəhbərliyi Kilian transfer etməyi planlayıb.

Qeyd edək ki, yayda PSJ ilə müqaviləsi bitəcək Mbappenin “Real”a keçmə ehtimalı yüksəkdir. Madrid klubu Fransa yığmasının forvardını yanvarda transfer etmək istəsə də, danışıqlar uğursuz yekunlaşıb.

İdman.biz