5 ildən sonra Kim Min Je

Xəbərlər
2 Yanvar 2024 21:51
175
5 ildən sonra Kim Min Je

“Bavariya”nın müdafiəçisi Kim Min Je Koreya Respublikasının 2023-cü ildə ən yaxşı futbolçusu seçilib.

İdman.biz xəbər verir ki, o, Son Xın Minin 5 illik hegemonluğuna son qoyub.

O, səsvermə nəticəsində birinci olub. Min Je dəstəyə görə, azarkeşlərə təşəkkür edib: “Ötən mövsümdə azarkeşlərin dəstəyini hər an hiss etdik. Bizi qarşıda Asiya kubokunda mübarizə gözləyir. Turnirə yaxşı hazırlaşıb, uğurlu nəticə qazanmaq istəyirik”.

Qeyd edək, Kim Min yayda “Napoli”dən “Bavariya”ya keçib. O, 2022/2023 mövsümündə İtaliya çempionu olub.

İdman.biz

Məqalədə: