İdman direktorunun gedişi təsdiqlənib

Xəbərlər
4 Yanvar 2024 20:49
308
İdman direktorunun gedişi təsdiqlənib

“Roma” idman direktoru ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, klubun rəsmi saytı Tyaqu Pinto ilə əməkdaşlığa son verildiyini açıqlayıb.

Amma portuqaliyalı mütəxəssis fevralın 3-dək komandadakı işinə davam edəcək. O, qış transferi dövrü başa çatdıqdan sonra “Roma”dan gedəcək. Pinto üç fəaliyyət göstərdiyi klubun rəhbərliyi, məşqçi və futbolçu heyətinə təşəkkür edib.

Qeyd edək ki, “Roma” A Seriyasında 7-ci pillədə qərarlaşıb.

İdman.biz