Taycon Byukanan A Seriyasında çıxış edəcək ilk kanadalı futbolçu olub.
İdman.biz xəbər verir ki, 24 yaşlı oyunçu “İnter”lə 2028-ci ilin iyulunadək müqavilə imzalayıb.
“Milan” klubu bu transfer üçün onun təmsil etdiyi “Brügge”yə 7 milyon avro ödəyib. Yamaykalı miqrant ailəsində anadan olan Taycon, həmçinin Kanada millisinin heyətindədir. O, “İnter”də olmağı arzuladığını bildirib.
Qeyd edək ki, kanadalı futbolçu “Brügge”dən əvvəl ABŞ-ın “Nyu İnqlend” klubunun formasını geyinib.
İdman.biz