“Sevilya” “Çelsi”nin futbolçusu ilə müqavilə imzalayacaq

Xəbərlər
6 Yanvar 2024 15:48
212
“Sevilya” “Çelsi”nin futbolçusu ilə müqavilə imzalayacaq

"Çelsi"nin futbolçusu Datro Fofana karyerasını İspaniyada davam etdirəcək.

İdman.biz xəbər verir ki, 21 yaşlı hücumçu "Sevilya" ilə müqavilə imzalayacaq.

İngiltərə klubu Almaniya "Union"una icarəyə verdiyi forvardı geri çağıracaq. Bundan sonra Fofana La Liqa təmsilçisinə keçəcək.

Qeyd edək ki, Datro cari mövsümün 17 oyununda 2 qol vurub. Onun "Çelsi" ilə müqaviləsi 2029-cu ildə başa çatır.

İdman.biz

Məqalədə: