Karlo Ançelotti: “Ardaya “Real”da uğur qazanmaq üçün xarakteri də vacibdir”

Xəbərlər
7 Yanvar 2024 09:40
192
Karlo Ançelotti: “Ardaya “Real”da uğur qazanmaq üçün xarakteri də vacibdir”

“Gülər fiziki olaraq yaxşı səviyyədə olmasa da, keyfiyyətlərini ortaya qoydu”.

İdman.biz xəbər verir ki, bunu “Real”ın baş məşqçisi Karlo Ançelotti deyib.

Təcrübəli mütəxəssis “Kral klubu”nun İspaniya kubokunun 1/16 final mərhələsində “Arandiya”ya 3:1 hesabı ilə qalib gəldikləri matçda debüt edən Arda Gülərin çıxışını dəyərləndirib. O bildirib ki, 59 dəqiqə meydanda olan türkiyəli futbolçu yaxşı təsir bağışlayıb: “O, sol ayağı və oyun keyfiyyəti ilə seçilir. Bu, yaxşıdır. Lakin “Real”da uğur qazanmaq üçün xarakteri də vacibdir. Gülərin də şəxsiyyəti, xarakteri var”.

Qeyd edək ki, növbəti oyunda “Real” Atletiko” ilə İspaniya superkubokunun yarımfinalında üz-üzə gələcək. Matç yanvarın 10-da keçiriləcək.

İdman.biz