Şahruddin Məhəmmədəliyevlə Mario Balotellinin yolları ayrılır

Xəbərlər
8 Yanvar 2024 17:49
807
Şahruddin Məhəmmədəliyevlə Mario Balotellinin yolları ayrılır

Türkiyənin “Adana Dəmirspor” klubu italiyalı ulduz futbolçu Mario Balotelli ilə yollarını ayıracaq.

İdman.biz xəbər verir ki, bununla bağlı yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Adana təmsilçisi zədəsini ölkəsində müalicə etdirən hücumçu ilə müqaviləyə qarşılıqlı xitam verilməsi üçün danışıqlara başlayıb. Ondan öncə Yones Belhanda, Conas Svensson və Kevin Rodrigeslə razılaşmaya son qoyulub.

Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor”un ciddi maliyə sıxıntısı ilə üzləşdiyi vurğulanır.

İdman.biz