Verner yenidən Londona gəlir

Xəbərlər
8 Yanvar 2024 19:39
289
Verner yenidən Londona gəlir

Timo Verner yaxın saatlarda Londona səfər edəcək.

İdman.biz xəbər verir ki, almaniyalı hücumçu “Tottenhem”lə müqavilə imzalayacaq.

“Leyptsiq”in futbolçusu icarə əsasında mövsümün sonunda kimi London klubunda oynayacaq. Yayılan xəbərlərə görə, müqavilədə “Tottenhem”in Verneri 18-19 milyon transfer edə bilməsi ilə bağlı maddə yer alacaq. Hər şey almaniyalı futbolçunun Premyer Liqada göstərəcəyi oyundan asılı olacaq. Timonun İngiltərədəki ilk təcrübəsi uğursuz olub. O, “Çelsi”nin heyətində istənilən səviyyədə çıxış etmədiyi üçün Almaniyaya dönüb.

Qeyd edək ki, 27 yaşlı forvard Almaniya Bundesliqasında 14 oyunda cəmi 2 qol vura bilib.

İdman.biz

Məqalədə: