“Qarabağ”a hər iki oyunda qol vuran forvard sıradan çıxıb

Xəbərlər
9 Yanvar 2024 21:43
332
“Qarabağ”a hər iki oyunda qol vuran forvard sıradan çıxıb

Almaniya Bundesliqasının lideri “Bayer”in əsas futbolçularından biri Viktor Bonifase zədələnib.

İdman.biz xəbər verir ki, nigeriyalı forvard Afrika Millətlər Kubokunda (AMK) iştirak edə bilməyəcək.

Viktor yığma komandanın düşərgəsində sıradan çıxıb. Bonifase yaxın günlərdə əməliyyat olunacaq. Onun təxminən 2 ay yaşıl sahələrdən kənar qalacağı dəqiqləşib. Yayda “Yunion”dan (Belçika) transfer olunan afrikalı forvard qısa zamanda Leverkuzen klubunun əsas oyunçusu olub. Bonifase bütün turnirlərdə meydana çıxdığı 23 oyunda 16 qol və 8 ötürmə ilə yadda qalıb.

Nigeriya yığması AMK-nin qrup mərhələsində Ekvatorial Qvineya (14 yanvar), Fil Dişi Sahili (18 yanvar) və Qvineya-Bisau (22 yanvar) komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, “Bayer” Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparıb. Bonifase leverkuzenlilərin qələbəsi (5:1, 1:0) ilə başa çatan hər iki oyunda komandamızın qapısına yol tapa bilib.

İdman.biz

Məqalədə: