Joze Mourinyonun “Roma”dakı taleyinə aydınlıq gəlib

Xəbərlər
10 Yanvar 2024 12:24
201
Joze Mourinyonun “Roma”dakı taleyinə aydınlıq gəlib

“Roma” klubunun rəhbərliyi baş məşqçi Joze Mourinyonun gələcək taleyi ilə bağlı qərarını verib.

İdman.biz xəbər verir ki, İtaliya klubu 60 yaşlı portuqaliyalı mütəxəssislə müqaviləni uzatmağı planlaşdırır.

Bu gün romalılar Mourinyoya yeni müqavilə təklif olunacaq. Onunla anlaşmanın daha bir il müddətinə uzadılması nəzərdə tutulub.

Qeyd edək ki, Mourinyo 2021-ci ilin yayından “canavarlar”ın baş məşqçisidir. Onun anlaşması mövsümün sonunda başa çatacaq.

İdman.biz