İspaniya Superkubokunun yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
İdman.biz xəbər verir ki, Ər-Riyadda baş tutan Madrid derbisində “Real” qələbə qazanıb.
Qalib əlavə vaxtda bəlli olub. 90 dəqiqə ərzində tərəflər hərəyə 3 dəfə fərqləniblər. Cütün qalibini avtoqol müəyyənləşdirib. “Atletiko” müdafiəçisi Saviç 118-ci dəqiqədə topu öz komandasının qapısından keçirib. 120+2-ci dəqiqədə isə Dias “Real”ın 5-ci qolunun müəlifi olub.
Qeyd edək ki, yarımfinalın digər cütündə “Barselona” “Osasuna” ilə qarşılaşacaq.
İspaniya Superkuboku
Yarımfinal
Real – Atletiko – 5:3 ə.v.
Qollar: Rudiger, 20. Mendi, 29. Karvaxal, 83. Saviç, 118 (öz qapısına). Dias, 120+2 – Hermoso, 6. Qrizman, 37. Rudiger, 78 (öz qapısına)
İdman.biz