Madrid derbisində son 61 ilin ilki qeydə alınıb - VİDEO

Xəbərlər
11 Yanvar 2024 09:36
2 044
Madrid derbisində son 61 ilin ilki qeydə alınıb - VİDEO

“Real” tarixində ilk dəfə “Atletiko” ilə Superkubok matçında qələbə qazanıb.

İdman.biz xəbər verir ki, “Kral klubu” Səudiyyə Ərəbistanında təşkil olunan turnirin yarımfinalında 5:3 hesabı ilə qalib gəlib.

Əlavə vaxtda əldə olunan bu qələbəyə qədər komandalar Superkubokda üç dəfə görüşmüşdü. Madrid derbilərində iki heç-heçə və bir məğlubiyyəti olan “Real” sindromu 4-cü cəhddən qırıb.

Karlo Ançelottinin yetirmələri həm də son 61 ilin ilkinə imza atıb. “Real” bu müddətdə ilk dəfə üç qol buraxdığı matçda “Atletiko”ya qalib gəlib.

Sonuncu belə hadisə 1963-cü ilin martında yaşanıb. “Real” La Liqa oyununda 4:3 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Superkubokun yarımfinal mərhələsinin digər cütündə “Barselona” “Osasuna” ilə qarşılaşacaq.

İdman.biz

Məqalədə: