Tarixin ən yaxşı afrikalı futbolçuları açıqlanıb - “Səbail”in sabiq futbolçusu da siyahıda

Xəbərlər
13 Yanvar 2024 10:54
262
Tarixin ən yaxşı afrikalı futbolçuları açıqlanıb - “Səbail”in sabiq futbolçusu da siyahıda

Futbol tarixinin ən yaxşı afrikalı futbolçularının siyahısı müəyyənləşib.

İdman.biz xəbər verir ki, reytinq cədvəlini “FourFourTwo” açıqlayıb.

Tarixin ən yaxşı afrikalı futbolçusu Məhəmməd Salah olub. Misirli hücumçu Corc Vea və Samuel Etoonu qabaqlayıb.

Ən yaxşı 10 futbolçu sırasında Azərbaycanda oynamış Maykl Essyen də var. “Səbail”in sabiq oyunçusu siyahıda 9-cudur.

1. Məhəmməd Salah (Misir)
2. Corc Vea (Liberiya)
3. Samuel Etoo (Kamerun)
4. Didye Droqba (Fil Dişi Sahili)
5. Yaya Ture (Fil Dişi Sahili)
6. Sadio Mane (Seneqal)
7. Riyad Mahrez (Əlcəzair)
8. Abedi Pele (Qana)
9. Maykl Essyen (Qana)
10. Cey-Cey Okoça (Nigeriya)

İdman.biz