Çempion fərqi ikiyə endirib

Xəbərlər
13 Yanvar 2024 23:42
218
Çempion fərqi ikiyə endirib

İngiltərə Premyer Liqasında 20-ci turun iki oyunu keçirilib.

İdman.biz xəbər verir ki, son çempion əzimkar qələbə qazanıb.

Səfərdə “Nyukasl”ın qonağı olan “Mançester Siti” 3:2 hesabı ilə üstün olub. “Şəhərlilər” qələbə topunu 90+1-ci dəqiqədə vurublar. Oyuna sonradan daxil olan gənc Bobb qonaqlara 3 xal qazandıran qolun müəllifi olub. Bu qələbədən sonra Pep Qvardiolanın yetirmələri lider “Liverpul”la xal fərqini ikiyə endiriblər. Komandanın digər qollarını Bernardo Silva və Kevin De Bruyne vurublar.

İngiltərə Premyer Liqası
20-ci tur

Çelsi – Fulhem – 1:0
Nyukasl – Mançester Siti – 2:3

İdman.biz