İngiltərədə silsilə soyğunçuluq: növbəti qurban Joelton olub

Xəbərlər
14 Yanvar 2024 14:46
553
İngiltərədə silsilə soyğunçuluq: növbəti qurban Joelton olub

“Nyukasl”ın hücumçusu Joeltonun evi qarət olunub.

İdman.biz xəbər verir ki, hadisə “Mançester Siti” ilə oyun zamanı baş verib.

Qarətçilər onun evdə olmamasından istifadə ediblər. Yerli təhlükəsizlik xidmətinin əməkdaşları hadisə ilə bağlı futbolçuya məlumat veriblər. Joelton polis çağırsa da, günühkarları hələ də tapmaq mümkün olmayıb.

Qarşılaşma “Nyukasl”ın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Zədəli forvard oyunu tribunadan izləyib.

Qeyd edək ki, bu, İngiltərədə qısa müddət ərzində üçüncü soyğunçuluq hadisəsidir. Bundan əvvəl “Mançester Siti”nin futbolçusu Cek Qrilişin evi qarət olunub və 1 milyon funt dəyərində zinyət əşyaları oğurlanıb. Oğrular bir neçə həftə öncə isə “Vest Hem”in müdafiəçisi Kurt Zumanın evinə giriblər.

İdman.biz

Məqalədə: