İspaniya Superkubokunda 2023/2024 mövsümünün qalibi bəlli olub.
İdman.biz xəbər verir ki, “El-Klassiko”da “Real” qələbə qazanıb.
Madrid klubu bir il əvvəl finalda uduzduğu “Barselona”dan revanş alıb. Vinisius Junior birinci hissədə 3 qol vuraraq, kubokun qazanılmasında böyük pay sahibi olub.
Qeyd edək ki, “Real” tarixində 13-cü dəfə Superkuboku başı üzərinə qaldırıb. 12 dəfə finalda uduzan “Barselona”nın hesabında 14 qələbə var.
İspaniya Superkuboku
Final
Real – Barselona – 4:1
Qollar: Vinisius Junior, 7; 10; 39 (pen.). Rodriqo, 64 – Levandovski, 33.
İdman.biz