“Roma” Joze Mourinyo ilə vidalaşıb

Xəbərlər
16 Yanvar 2024 12:50
285
“Roma” Joze Mourinyo ilə vidalaşıb

“Roma” Joze Mourinyo ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama verib.

Bildirilib ki, Mourinyo və məşqçilər korpusu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2021-ci ildən İtaliya klubunda çalışırdı. O, “Roma” ilə 2021/22 mövsümündə UEFA Konferans Liqasının qalibi adını qazanıb.

İdman.biz