“Roma”nı çalışdıracaq məşqçi müəyyənləşib

Xəbərlər
16 Yanvar 2024 15:12
289
“Roma”nı çalışdıracaq məşqçi müəyyənləşib

“Roma”nın yeni baş məşqçisi bəlli olub.

İdman.biz xəbər verir ki, Joze Mourinyonun istefaya göndərilməsindən sonra boş qalan postu Daniele de Rossi tutacaq.

Onunla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanacaq. Anlaşmanın uzadılması komandanın nəticələrindən asılıdır.

Mütəxəssis 2022-ci ilin oktyabrından 2023-cü ilin fevralına qədər “Spal”ın baş məşqçisi olub. De Rossinin məşqçilər korpusunda “Leççe”nin sabiq yarımmüdafiəçisi Gilyermo Cakomatsi və “Udineze”nin keçmiş oyunçusu Campyero Pintsi yer alacaq.

Qeyd edək ki, De Rossi “Roma”da 616 matç keçirib.

İdman.biz

Məqalədə: