Reqilon bu dəfə “Brentford”a gedir

Xəbərlər
16 Yanvar 2024 23:48
198
Reqilon bu dəfə “Brentford”a gedir

Serxio Reqilonun “Tottenhem”i tərk edəcəyi dəqiqləşib.

İdman.biz xəbər verir ki, o, yaxın günlərdə “Brentford”un oyunçusu kimi təqdim olunacaq.

Təcrübəli müdafiəçi ilə mövsümün sonuna kimi icarə müqaviləsi imzalanacaq. Reqilonun sabah tibbi baxışdan keçəcəyi bildirilib. Serxio mövsümün əvvəllində icarə əsasında “Mançester Yunayted”ə keçib. Amma tərəflər bir neçə gün əvvəl razılaşmanı qarşılıqlı şəkildə ləğv ediblər.

Qeyd edək ki, ispaniyalı futbolçunun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin yayında bitəcək.

İdman.biz