“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində rəqibi “Braqa” futbolçusu Andre Kaştru ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçisi “Moreirenşe”yə keçib.
O, yeni klubuna azad agent kimi transfer olunub və 1,5 illik müqaviləyə imza atıb.
Bu mövsüm “Braqa”da yerini itirən Kaştru cəmi 7 oyunda meydanda olub.
Qeyd edək ki, “Transfermarkt”ın 200 min dollar qiymətləndirdiyi yarımmüdafiəçi daha öncə “Portu”, “Olhanenşe”, “Sportinq Xixon”, “Kasımpaşa” və “Göztəpə” klublarında oynayıb.
İdman.biz