Ulduz hücumçu Kərim Benzema "Əl İttihad"a qayıdıb.
İdman.biz xəbər verir ki, fransalı futbolçu yanvarın 2-də kluba qoşulmalı olsa da, düşərgəyə 17 gün gec gəlib.
Bu səbəb klub rəhbərliyini radikal addımlar atmağa vadar edib. Rəhbərlik baş məşqçi ilə birgə Kərimlə görüş keçirərək, onun komandadakı gələcəyinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Benzema bu mövsüm "Əl-İttihad"ın heyətində bütün turnirlərdə 20 matça çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə verib.
İdman.biz