“Bavariya”: Mukiele yoxsa Trippyer?

Xəbərlər
20 Yanvar 2024 19:42
164
“Bavariya”: Mukiele yoxsa Trippyer?

“Bavariya” ingilis futbolçu Kiran Trippyerlə ilkin razılıq əldə edib.

İdman.biz xəbər verir ki, “Nyukasl”ın oyunçusu bu keçidə qarşı olmadığınl bildirib.

Münhen klubunun idman direktoru Kristof Fronyd ilk olaraq, PSJ-dən Nordi Mukieleni transfer etməyi planlayır. Əgər bu razılaşma baş tutmasa, “Bavariya” rəhbərliyi Kiran variantına üstünlük verəcək. Komandanın baş məşqçisi Tomas Tuhel Trippyerin alınmasına müsbət rəy verib.

Qeyd edək ki, 2023/24 mövsümündə 33 yaşlı futbolçu “Nyukasl”ın heyətində 28 oyun keçirib. O, bu görüşlərdə 8 ötürmə ilə yadda qalıb.

İdman.biz

Məqalədə: