“Vest Hem”in Bonifase planı

Xəbərlər
21 Yanvar 2024 13:50
230
“Vest Hem”in Bonifase planı

“Vest Hem” “Bayer”in forvardı Viktor Bonifasenin transferində maraqlıdır.

İdman.biz xəbər verir ki, bu keçid üçün London klubu tarixinin rekord ödənişini reallaşdıra bilər.

“Vest Hem”in ən bahalı transferi 2019-cu ildə qeydə alınıb. O vaxt “çəkicdöyənlər” Sebastya Allerə 50 milyon avro ödəyiblər. Klub rəhbərliyi Bonifase üçün daha yüksək məbləğ ödəməyə qarşı deyil. Nigariyalı futbolçu ilə “Çelsi” və “Nyukasl” da yaxından maraqlanır.

Qeyd edək ki, Viktor Bundesliqada 16 oyunda 10 qol və 7 ötürmə ilə yadda qalıb. Yanvarın əvvəlində yığmanın düşərgəsində zədələnən Bonifase martda yaşıl meydana dönəcək.

İdman.biz

Məqalədə: