“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu özünə yeni iş yeri tapıb.
İdman.biz yerli mətbuata istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis ÇFR-in “sükanı arxasına” keçib.
O, 22-ci turda son pillədə olan “Botoşani”yə məğlubiyyətdən sonra istefaya göndərilən italiyalı Andrea Mandorlinini əvəzləyib. 45 yaşlı mütəxəssisin yanvarın 23-də komandaya qoşulacağı bildirilir.
Kluj təmsilçisi 22 oyundan sonra 36 xalla ikinci yerdədir və liderdən 8 xal geri qalırlar.
Qeyd edək ki, Adrian Mutu ötən ilin dekabrında “Neftçi”dən göndərilib.
İdman.biz