Massimiliano Alleqri baş məşqçi kimi İtaliya A seriyasında 300-cü qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssisin yubileyi “Yuventus”un “Leççe” ilə matçına təsadüf edib.
Turin təmsilçisi bu qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. 56 yaşlı italiyalı buna “Milan”, “Kalyari” və “Yuventus”da nail olub.
Alleqri A seriyası tarixinə baş məşqçi kimi 300 dəfə qalibiyyət sevinci yaşayan 3-cü mütəxəssis kimi düşüb. Bunadək Covanni Trapattoni 352, Nereo Rokko 302 qələbəyə sevinib.
Qeyd edək ki, “Yuventus” 52 xalla çempionatın lideridir.
İdman.biz