Braziliya millisinin və "Yuventus"un sabiq yarımmüdafiəçisi Duqlas Kostanın Türkiyə Super Liqasında "Samsunspor"a keçidi son anda alınmayıb.
İdman.biz xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib.
Türkiyə Super Liqasının 21-ci turunda "Fənərbağça" ilə matçı (1:1) izləyən "sambaçı" görüşdən sonra müqavilə imzalamaqdan imtina edib. O, bunu meydana çıxmağa hazır olmaması ilə əlaqələndirib: "Meydanlara qayıtmaq üçün mənə təxminən 20-25 gün lazımdır. Martda 100 faiz hazır olacağam. Yekuna 2 ay qalmış ölkəni dəyişməyə ehtiyac yoxdur. "Samsunspor"a hazır futbolçu lazımdır".
Qeyd edək ki, 33 yaşlı hücumçunun son klubu ABŞ "Los Anceles Qalaksi"si olub.
İdman.biz