"Sevilya"nın futbolçusu Suso karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdman.biz xəbər verir ki, yarımmüdafiəçinin transferində "Əl-Şəbəb" maraqlıdır.
Suso İspaniya klubunun aparıcı üzvlərindən biri olsa da, maliyyə çətinlikləri olan Sevilyanın eyniadlı təmsilçisi onu satmağın əleyhinə deyil. Ərəblər bu keçid üçün 11 milyon avro ödəməyə hazırdır.
Pireneylilər bu transferdən 18 milyon istəyir. "Əl-Şəbəb" futbolçunun özünə isə illik 12 milyon avro təklif edir.
Qeyd edək ki, Suso mövsümün 22 matçında 1 qol və 4 assistə imza atıb.
İdman.biz