Futbol agenti Jorje Mendeş Joze Mourinyonun gələcəyi ilə bağlı danışıb.
İdman.biz xəbər verir ki, o, portuqaliyalı mütəxəssisə klub axtarmağa ehtiyac olmadığını bildiriib.
Mendeş açıqlamasında Jozenin xüsusi mütəxəssis olduğunu qeyd edib: “Sözsüz Jozeni təqdim etməyə ehtiyac yoxdur. Onun qazandığı titullar özü hər şeyi deyir. Mourinyo xüsusi mütəxəssisdir və yeni klub tapmaqda heç vaxt problemlə üzləşməyib”.
Mendeş Mourinyonun bir neçə ay əvvəl Səudiyyə Ərəbistanından təklif aldığını etiraf edib. O, mütəxəssisin “Roma”da qalmaq istədiyini və bu təklifdən imtina etdiyini bildirib.
Qeyd edək ki, Mourinyo ötən həftə “Roma”nın baş məşqçi vəzifəsindən azad olunub.
İdman.biz