“İnter” 8-ci dəfə İtaliya Superkubokunu qazanıb - VİDEO

Xəbərlər
23 Yanvar 2024 00:59
398
“İnter” 8-ci dəfə İtaliya Superkubokunu qazanıb - VİDEO

İtaliya Superkubokunda 2023 mövsümünün qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, 4 klubun iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən yarışda "İnter" kuboka sahib çıxıb.

Simeone İnzaginin yetirmələri həlledici oyunda "Napoli"ni 1:0 hesabı ilə məğlub ediblər. Qələbə topunu matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Lautaro Martines vurub.

"İnter" ardıcıl üçüncü dəfə Superkubokun qalibi olub. Komanda tarixində 8-ci dəfə kuboku başı üzərinə qaldırıb. Milan klubu bu göstəricidə yalnız hesabında 9 qələbə olan "Yuventus"dan geri qalır.

İtaliya Superkuboku
Final
İnter – Napoli – 1:0
Qol:
Lautaro Martines, 90+1

İdman.biz

Məqalədə: