Zədəli Salaha final şansı

Xəbərlər
23 Yanvar 2024 01:23
296
Zədəli Salaha final şansı

Afrika Millətlər Kubokunda (AMK) Məhəmməd Salahın zədəsi barədə məlumat yayılıb.

İdman.biz xəbər verir ki, çiynindən zədələnən misirli futbolçu 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Salah turnirin qrup mərhələsinin 2-ci turunun Misir – Qana qarşılaşmasında sıradan çıxıb. 2:2 hesabı ilə başa çatan oyunda futbolçu zədə üzündən birinci hissədə meydanı tərk etməlı olub. O, bərpa kursunu Böyük Britaniyada keçəcək.

Qeyd edək ki, Misir yığması finala vəsiqə qazanarsa, Salah komandanın düşərgəsinə yollanacaq. Artıq bu faktı “Liverpul”un baş məşqçisi Yurgen Klopp da təsdiq edib.

İdman.biz