Qana milli komandasının baş məşqçisi Kris Hyuton istefaya göndərilib.
İdman.biz xəbər verir ki, bunu Afrika ölkəsinin futbol federasiyasının mətbuat xidməti açıqlayıb.
Baş məşqçi uğursuz nəticələrə görə vəzifəsindən kənarlaşdırılıb. Federasiyanın İcraiyyə Komitəsi baş məşqçi ilə birlikdə onun köməkçilərini də istefaya göndərib.
Qeyd edək ki, Qana millisi Afrika Millətlər Liqasında qrupda üçüncü yeri tutaraq 1/8 finala yüksələ bilməyib.
İdman.biz