Ərtuğrul Sağlam: “Ramil Şeydayevin fiziki durumu tam qaydasında deyil”

Xəbərlər
24 Yanvar 2024 15:51
3 156
Ərtuğrul Sağlam: “Ramil Şeydayevin fiziki durumu tam qaydasında deyil”

Türkiyənin “Kocaelispor” klubunun baş məşqçisi Ərtuğrul Sağlam yeni transferlərlə bağlı açıqlama verib.

İdman.biz xəbər verir ki, 1-ci Liqa təmsilçisinin çalışdırıcısı qış fasiləsində rənglərinə bağladıqları Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin fiziki durumundan tam razı deyil.

Təcrübəli mütəxəssis qısa zamanda bu problemin aradan qalxacağına inam ifadə edib: “Yeni transferlərdən Şeydayevlə yanaşı, Duhan Aksu fiziki durumları tam qaydasında deyil. Duhan bir az geridədir, amma bu çatışmazlıqlar yavaş-yavaş aradan qaldırılır. Onlar icazəli olduqları müddətdə də çalışıblar və qısa zamanda komandaya qoşulub bizə kömək edəcəklər”.

Qeyd edək ki, “Kocaelispor” 19 turdan sonra 36 xalla turnir cədvəlində üçüncüdür.

İdman.biz