Qvardioladan Kloppun qərarına münasibət: “Liverpul”la oyundan əvvəl daha yaxşı yatacam”

Xəbərlər
27 Yanvar 2024 13:45
315
Qvardioladan Kloppun qərarına münasibət: “Liverpul”la oyundan əvvəl daha yaxşı yatacam”

“Yurgen Klopp inanılmaz məşqçidir. Onu daha yaxından tanımaq imkanım olmadı, amma möhtəşəm insandır”.

İdman.biz xəbər verir ki, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis Yurgen Kloppun mövsümün sonunda “Liverpul”dan ayrılmaq qərarını şərh edib. O etiraf edib ki, bu “Mançester Siti”nin işinə bir qədər yarayacaq: “Məndə elə bir hiss var ki, o gedəndə “Mançester Siti”nin bir hissəsi də gedəcək. Klopp və “Liverpul” bütün bu illər ərzində burada ən böyük rəqibimiz olub. Almaniyada isə “Borussiya” ilə. Yoxluğu hiss olunacaq, onun üçün darıxacağam. Amma etiraf etməliyəm ki, bir az da şadam. “Liverpul”la oyundan əvvəl gecələr daha yaxşı yatacam. Kloppa yaxşısını arzulayıram. O, etiraf etməyəcək, amma qayıdacaq”.

Qeyd edək ki, bir gün öncə Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.

İdman.biz