“Bayer” PSJ-nin futbolçusu Marko Asensionun xidmətində maraqlıdır.
İdman.biz xəbər verir ki, Almaniya klubu vingerin transferi üçün rəsmi təklif göndərib.
Fransalılar bu sorğunu hələ cavablandırmayıb. 26 yaşlı ispaniyalı futbolçunun özü isə qışda klubunu dəyişmək istəyir.
Qeyd edək ki, 2023-cü ilin yayında Paris klubuna keçən yarımmüdafiəçi mövsümün 12 oyununda 4 qol və 3 assistə imza atıb.
İdman.biz