Neymarın Macarıstanda 9 yaşlı qızı tapılıb

Xəbərlər
30 Yanvar 2024 20:29
1 013
Neymarın Macarıstanda 9 yaşlı qızı tapılıb

Macarıstanlı qız braziliyalı Neymarı məhkəməyə verib.

İdman.biz xəbər verir ki, Qabriella Qaspar futbolçunun övladını dünyaya gətirdiyini iddia edib.

Qaspar atalıq testi aparılması və Neymarın aliment ödəməsi tələbini edib. O, braziliyalı ilə Boliviyada tanış olduğunu deyərək, onlar arasında sevgi romanı yaşandığını bildirib. Qabriella 9 yaşlı qızının sənədində atasının adını daşımasını və 30 min avro dəyərində aliment təyin olmasını arzulayır.

Qeyd edək ki, 2023-cü ilin noyabrında braziliyalı model Bruna Byankardi Neymardan ayrıldığını açıqlayıb. Bundan az əvvəl cütlüyün qızı dünyaya gəlib.

İdman.biz

Məqalədə: