“Roma”nın hücumçusu “bənovşəyi” olacaq

Xəbərlər
31 Yanvar 2024 00:17
186
“Roma”nın hücumçusu “bənovşəyi” olacaq

“Roma”nın forvardı Andrea Belotti “Fiorentina”ya keçməyə çox yaxındır.

İdman.biz xəbər verir ki, o, “bənövşəyilər”in heyətində mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.

“Fiorentina” hücumçunun bütün maaşını ödəməyi öz öhdəsinə götürüb. Hər şey Belottinin verəcəyi qərardan asılıdır. O, artıq ölkə xaricindən aldığı 3 təklifə “yox” deyib. Andrea hazırki mövsümdə “Roma”nın heyətində 22 oyunda 6 qol və 2 ötürm ilə yadda qalıb.

Qeyd edək ki, “Fiorentina” Avropa kuboklarına vəsiqə uğrunda mübarizə aparır. Komanda A Seriyasında 34 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: