Premyer Liqa: 5 oyunda 26 qol

Xəbərlər
3 Fevral 2024 23:49
182
Premyer Liqa: 5 oyunda 26 qol

İngiltərə Premyer Liqasının 23-cü turu məhsuldar start götürüb.

İdman.biz xəbər verir ki, 5 oyunda qapılara 26 top vurulub.

“Nyukasl” – “Luton” qarşılaşmasında tərəflər hərəyə 4 dəfə fərqləniblər. Qonaq 4:2 hesabı ilə üstünlük qazansalar da, “sağsağanlar” 1 xal qazana biliblər.

Çempionlar Liqasına vəsiqə verən yerlər uğrunda yarışan “Aston Villa” səfərdə “Şeffild Yunayted”in qapısından 5 cavabsız top keçirib.

Turun iki qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.

İngiltərə Premyer Liqası
23-cü tur

Everton – Tottenhem – 2:2
Brayton – Kristal Pelas – 4:1
Bernli – Fulhem – 2:2
Nyukasl – Luton – 4:4
Şeffild Yunayted – Aston Villa – 0:5

İdman.biz