Müllerdən 500-cü qələbə

Xəbərlər
4 Fevral 2024 00:36
182
Müllerdən 500-cü qələbə

Almaniya Bundesliqasının 20-ci turu “Bavariya”nın hücumçusu Tomas Müller üçün əlamətdar olub.

İdman.biz xəbər verir ki, o, Münhen klubunun heyətində 500-ci qələbəsini qazanıb.

Tomas bu uğuru əldə etmək üçün “Bavariya”nın heyətində 690 oyun keçirib. “Borussiya” (Mühenqladbax) ilə oyun “pivəçilər”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Müller “Bavariya”nın heyətində 12 dəfə Almaniya çempionu olub, 6 dəfə Almaniya kuboku, 8 dəfə Almaniya superkuboku və 2 dəfə Çempionlar Liqası kubokunu qazanıb. Tomas DÇ-2010-nun qalibidir.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2023/2024 mövsümündə komandanın heyətində 24 oyunda 2 qol vurub, 8 ötürmə edib.

İdman.biz