“Arsenal” “Liverpul”un 15 oyunluq seriyasına son qoyub - VİDEO

Xəbərlər
4 Fevral 2024 22:37
229
“Arsenal” “Liverpul”un 15 oyunluq seriyasına son qoyub - VİDEO

İngiltərə Premyer Liqasında 23-cü tura yekun vurulub.

İdman.biz xəbər verir ki, “Liverpul”un məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.

“Qırmızılar” səfərdə “Arsenal”a 1:3 hesabı ilə uduzublar. Yurgen Kloppun yetirmələri Premyer Liqada sonuncu dəfə ötən il sentyabrın 30-da “Tottenhem”ə məğlub olmuşdu. Həmin matçdan sonra “Liverpul” 15 oyunda 10 qələbə qazanıb, 5 dəfə heç-heçə oynamışdı. Məğlubiyyətə baxmayaraq, komanda liderliyini davam etdirir.

“Mançester Yunayted” ardıcıl ikinci qələbəsini qazanıb. “Qırmızı şeytanlar” öz meydanında “Vest Hem”in qapısından 3 cavabsız top keçiriblər. “Çelsi” isə dogma azarkeşlər qarşısında “Vulverhempton”a uduzub.

İngiltərə Premyer Liqası

23-cü tur

Bornmut - Nottingem Forest – 1:1

Çelsi – Vulverhempton – 2:4

Mançester Yunayted – Vest Hem – 3:0

Arsenal – Liverpul – 3:1

İdman.biz