“Arsenal” futbolçusu Takehiro Tomiyasu ilə bağlı qərarını verib.
İdman.biz xəbər verir ki, İngiltərə klubu müdafiəçi ilə müqaviləni uzadacaq.
Yaponiyalı futbolçunun 2021-ci ilin yayında imzaladığı müqavilə növbəti mövsümün sonunda başa çatacaq. Amma “topçular” anlaşması 2025-ci ilin yayında bitəcək müqaviləni daha uzun müddətli etmək niyyətindədir. Tomiyasu da klubda qalmağa razılıq verib.
Qeyd edək ki, asiyalı müdafiəçi cari mövsümdə keçirdiyi 13 matçda 1 qol və 1 assistə imza atıb.
İdman.biz