Salahdan "Liverpul"la bağlı QƏRAR

Xəbərlər
10 Fevral 2024 16:20
250
Salahdan "Liverpul"la bağlı QƏRAR

"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerası ilə bağlı qərarını açıqlayıb.

İdman.biz xəbər verir ki, misirli futbolçu mersisaydlılardan ayrılmaq fikrində olmadığını deyib.

O bildirib ki, "Liverpul"la 2025-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaq istəyindədir.

Qeyd edək ki, Salah cari mövsümdə "Liverpul"un heyətində 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.

İdman.biz