Braziliyalı ulduz Neymarın “Santos”a geri dönməsi gündəmə gəlib.
İdman.biz xəbər verir ki, klubun prezidenti Marselo Teyşeyra bu barədə məlumat verib.
O, Neymarla bu məsələni müzakirə etdiyini bildirib: “Danışığımız çox qısa oldu. Amma qısa danışıqlar daha effektli alınır”.
Tarixində ilk Braziliya A seriyasını tərk edən “Santos” Neymarın köməkliyi ilə yenidə yüksək liqaya qayıtmaq arzusundadır. 32 yaşlı futbolçu 2013-cü ilədək komandanın şərəfini qoruyub.
Qeyd edək ki, yayda “Əll-Hilal”a keçən Neymar zədə üzündən uzun müddətə sıradan çıxıb. Onun aprel ayında yaşıl sahələrə dönməsi gözlənilir.
İdman.biz